Sürücülər yolda qaldı- VİDEO


Güclü qar Bakıda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.


Dünən gecə saatlarından yağmağa başlayan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

AFN.az xəbər verir ki, Bakı, Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb. Küçədə nəqliyyat vasitələri toqquşublar.

Piyada səkiləri sürüşkən olduğundan yıxılanlar var.

Onu da qeyd edək ki, Bakı-Sumqayıt yolunda da vəziyyət acınacaqlıdır. Sürücülər iddia edirlər ki, yola nə qum, nə də duz səpilib. Bu barədə görüntüləri baku.ws yayıb.

Video Səbail rayonu ərazisində çəkilib. Yol sürüşkən olduğu üçün sürücülər maşını saxlayıb gözləməyə başlayıblar.

O da qeyd edilir ki, yolun aşağı istiqamətlərində qəzalar baş verib və ərazi qardan təmizlənmir.

Həmin videonu təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu