Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.


M.Əliyevanın instaqram hesabında olan paylaşımda deyilir:

"Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu