Bakıda xəstənin oğlu həkimdən 900 manat alıb?


Bakıda şantajla üzləşdiyini bildirən həkim hüquq-mühafizə orqanlarına müraciət edib.


“Qafqazinfo” xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi F.Məmmədov şikayət ərizəsində bildirib ki, müalicə etdiyi xəstənin oğlu ona hədə-qorxu gələrək 900 manat alıb.

Belə ki, 1982-ci il təvəllüdlü Gədəbəy sakini A.Ə. həkimə atasının düzgün müalicə edilmədiyini bildirərək ona hədə-qorxu gəlməyə və pul tələb etməyə başlayıb. Bu yolla o, həkimdən hissə-hissə olmaqla 900 manat alıb.
Pul tələblərinin davamını gördüyünü deyən həkim Nizami Rayon Prokurorluğuna müraciət edərək məsələyə hüquqi qiymətin verilməsini xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu