İmsakda çay içənlərə xəbərdarlıq


Türk mədəniyyətinin vazkeçilməzlərindən olan qara çay günün istənilən vaxtında olduğu kimi imsakda da ən çox içilənlər arasındadır. Mütəxəssislər imsakda çay içənlərə xəbərdarlıq ediblər.


Belə ki, Ramazan ayında iftar və sahurda qidalanarkən bəzi məqamlarda çox diqqətli olmaq lazımdır. Çünki gündə cəmi iki dəfə qidalanmalı olduğumuz bu günlərdə rasionumuzu düzgün seçməsək bəzi sağlamlıq problemləri yaşaya bilərik. İmsakda istehlak edilən bəzi qidalar gün ərzində orqanizmin daha tez maye itirməsinə səbəb olur. Sahurda çay içməyin bəzi zərərləri də var. Tərkibindəki toksinlər səbəbiylə çay insanın gün ərzində daha tez-tez sidiyə getməsinə səbəb olur.

Araşdırmalar göstərir ki, isti içkilər bədəni olduğundan daha isti hiss saxlayır. Bu, bədənin daha çox tərləməsinə səbəb olur. Eləcə də çayı içdiyimiz zaman bədənimiz adi haldan daha çox tərləyir. Xüsusilə dəmlənmiş çay bədəndəki mayeni boşaldır və axşama qədər susuzluğa səbəb olur. Bədəndə mayenin miqdarı azaldığından daş xəstəliyi üçün də münbit şərait yaranır. İmsakda çay içmək digər xəstəliklərin də sürətlə irəliləməsinə səbəb olur. Odur ki, iftardan sonra nə qədər istəsəniz çay içə bilərsiniz, lakin imsakda çay içmək məsləhət deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu