Bayraq yandıran vandal danışdı: "Azərbaycan bayrağının İrəvanda dalğalanmasını istəmədim"


Xəbər verildiyi kimi, dünən Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağına sui-qəsd olub.


Dizayner olduğu deyilən Aram Nikolyan adlı şəxs açılış mərasimində səhnəyə gətirilən bayrağımızı hər kəsin gözü önündə yandırıb.

Erməni mediası isə bu azğın şəxsə hər vəchlə haqq qazandırmaqla məşğuldur. Aram Nikolyan özü bu gün hadisə ilə bağlı açıqlama verib.

“İstədim Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan bayrağı dalğalanmasın, ən əsası isə heç vaxt ermənilərin situasiya ilə barışmağa çalışdıqlarını düşünməsinlər. Məni bu hərəkətimə görə qınayanlara, bunun sərhəddəki oğlanlarımıza mənfi təsir göstərəcəyini deyənlərə acıyıram. Mən Ermənistan vətəndaşı olaraq bu sərhədi qoruyan uşaqlara və o insanlara dua edirəm. “Bunu etməməliydin” deyə düşünənlər varsa, evlərində Azərbaycan bayrağını assınlar”, - deyə Aram Nikolyan yazıb.

Aram həmin vaxt ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu