Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verdi


“Prezidentimizlə görüşdüm, vəziyyəti yaxşıdır”.


Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı açıqlamasında deyib.

Nazir Konyada keçirilən 83 səhiyyə müəssisəsinin kütləvi açılış mərasimində çıxışı zamanı dövlət başçısının salamlarını çatdırıb:
“Bilirəm ki, prezidentimizin səhhəti ilə yaxından maraqlanırsınız. Mən bu səhər onunla birlikdə idim. Səhhəti olduqca yaxşıdır. Keçirdiyi infeksiyanın - qastroenteritin (mədə soyuqdəyməsi, mədə qripi) təsiri azalıb. Ən qısa zamanda proqrama uyğun fəaliyyətini davam edəcək. Ona şəfa diləklərini göndərən, onun üçün dua edən, salamlarını çatdıran bütün həmvətənlərimizə təşəkkür etdi”, - deyə nazir qeyd edib.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu