Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək


Türkiyə siyasi tarixində ilk dəfə yaşanacaq Prezident seçkilərinin ikinci turu üçün səsvermə sabah keçiriləcək.


AFN.az xəbər verir ki, Türkiyə prezidentinin 5 il fəaliyyət göstərəcəyi seçkilər üçün ölkə daxilində 973 şəhərdə və 1094 dairə seçki komissiyasında 191 mindən çox seçki qutusu qurulacaq. Sabahkı seçkidə 60 milyondan çox seçicinin səs verməsi gözlənilir.

Seçkilərdə Xalq Alyansının prezidentliyə namizədi hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan və Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

Türkiyə daxilində səsvermə sabah saat 08:00-da başlayacaq və 17:00-da başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu