Samuxda məktəbdə soyğunçuluq olub


Samux rayonunda məktəbdə soyğunçuluq olub.



Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu