NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib.



NİİM-dən AFN.az-a daxil olan müraciətdə deyilir:

"Bəzi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hətta elə hallar olub ki, piyada piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub. Bu, bir faktdır ki, avtomobil idarə edərkən telefonla zəng etmək, mesaj yazmaq və ya gələn zəngi, mesajı cavablandırmaq sürücünün diqqətinin dağılmasına səbəb olur. Bu da qəzaya yol açır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə hazırladığı videoçarxı təqdim edir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu