Ermənistan ölüm hökmündən tamamilə imtina edir


Ermənistan hökuməti ən yüksək cəza növü kimi ölüm hökmündən tamamilə imtina edir.

AFN.az xəbər verir ki, bu barədə Ermənistan ədliyyə nazirinin müavini Karen Karapetyan bildirib.

Onun sözlərinə görə, dünən parlamentin iclasında “İnsan hüquqlarının və fundamental azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın ratifikasiyası məsələsinin müzakirəsi zamanı ölüm hökmündən imtina hələ ratifikasiya olunmayıb.

Həmçinin qeyd olunub ki, hazırda Ermənistanda ölüm hökmünə moratorium qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu