Rüsumun azaldılması mobil telefon qiymətlərinə necə təsir edəcək? - Deputat açıqladı


Məlum olduğu kimi, “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi 15 sentyabr tarixində Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Dəyişikliklərə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə, tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur.




Eyni zamanda, yeni nümayiş olunmuş “İphone 15” modeli də diqqət mərkəzindədir. "İPhone 15" və "iPhone 15 Plus" modellərinin satışlarına 22 sentyabr tarixində start veriləcək. "iPhone 15"in qiyməti 799$-dan, "iPhone 15 Plus" 899$-dan, "iPhone 15 Pro" 999$-dan, "iPhone 15 Pro Max"ın qiyməti isə 1199$-dan başlayacaq. Ölkəmizdə isə qiymətlərin necə olacağı hələ ki bəlli deyil.


Bəs telefon rüsumlarının azalması mobil telefonların alış qiymətinə təsir edəcəkmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib ki, mobil telefon satışlarında qiymətlərin azalması müşahidə edilə bilər:


“Xərclərdə azalmanın olması iqtisadi baxımdan qiymətlərə də təsir etməlidir. Hər halda qiymətə necə təsir edəcəyini monitorinqlər sayəsində müşahidə etmək olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu