Ağdamda narkotik plantasiyaları aşkarlandı


Sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyaları aşkarlanıb.



AFN.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdamın Sırxəvənd kəndinə narkotik plantasiyaları aşkarlanıb. Ərazidə həmçinin 4 ədəd "Kalaşnikov" tipli avtomat tapılıb. Terrorçular avtomatlardan ərazinin mühafizəsi üçün istifadə edib.

Elşad Hacıyev ərazinin xüsusi nəzarətlə mühafizə olunduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu