Ölkədən qaçan "Çok Güzel Hareketler 2"nin aktyoru saxlanıldı


Yaxın dostları da daxil olmaqla bir çox insanı aldatdıqları iddiası ilə gündəmə gələn türkiyəli fenomen və aktyor Kıvanç Talu və həyat yoldaşı Beril Talu Gürcüstandan qayıdarkən saxlanılıb.


Ölkə.Az Türkiyə mediasına isinadla xəbər verir ki, Sabiha Gökçen hava limanında yaxalanan cütlük polis idarəsinə aparılıb.

Xatırladaq ki, reklam biznesi ilə məşğul olan cütlüyün qurduqları şirkətlə orta məktəb dostlarından tutmuş evlərində işləyən köməkçilərinə qədər onlarla insandan pul yığdıqları iddia edilib. Şayiələrə əsasən, onlar piramida sistemi qurub, 30-dan çox adamın kreditə girməsinə, avtomobillərini satmasına səbəb olub.

Cütüyün dostlarından 100 milyon TL (təx. 6 067 354 AZN) alaraq Portuqaliyaya qaçdıqları iddia edilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu