Respublika xəstəxanasında yanğın təlimi həyəcan yaratdı - AÇIQLAMA


Mirqasımov adına Respublika Klinik Xəstəxanasında heç bir yanğın hadisəsi baş verməyib.


Bu haqda AFN.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, yayılan görüntülər FHN-lə TƏBİB-in birgə təlimindəndir. "Təlim yanlış anlaşılıb" - deyə mətbuat xidmətindən qeyd edilib.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bir neçə saytda Mirqasımov adına Respublika Klinik Xəstəxanasında güclü yanğın başlaması ilə bağlı məlumat yayılıb. Məlumatı yanğınsöndürən maşınların, təcili tibbi yardımın görüntüləri əks olunan foto və video müşahidə etdiyindən vətəndaşlar arasında çaşqınlıq yaranıb. Məlumat bir neçə dəqiqədən sonra həmin saytlardan yığışdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu