ETSN Qusarda 22 hektarlıq meşədə torpağın sotunu 3 min manata satıb - İDDİA+VİDEO


Qusarda 22 hektarlıq meşə sahəsinin ev tikintisi üçün satıldığı iddia edilir.


AFN.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə ekoaktvistlər bildiriblər. "Ecofront" qrupunda video yayan üzvlər Qusarda mövcud olan 22 hektarlıq meşə ərazisinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sotu 3 min manata satıldığını, burada ev tikiləcəyini bildiriblər. Qeyd edilir ki, bir müddət əvvəl də bu haqda paylaşım edilib, həmin vaxt işlər dayansa da, iki gün əvvəl ağacların qırılması yenidən başlayıb.

Məsələ ilə bağlı ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə AFN.az-a bildirdi ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb vəmüəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb: "Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib.
Ərazidə olan bütün ağaclar hələ 2023- cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu