Qaradağın 8 qəsəbəsində su kəsiləcək




Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 mart 2019-cu il tarixində gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.

AFN-in məlumatına görə, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu