Müğənni Əli Həsənovun oğluna məxsus televiziyaya qadağa qoydurdu - VİDEO


Müğənni Əli Həsənovun oğluna məxsus televiziyaya qadağa qoydurdu -


Məhkəmə tanınmış gənc müğənni Aysel Əlizadənin istəyi ilə "Xəzər" TV və həmin kanalın aparıcı Xoşqədəm Hidayətqızıya qadağa qoydu. Bu barədə Nərimanov rayon Məhkəməsi qərardad çıxarıb.



Məlumat üçün bildirək ki, həmin məhkəmədə "Xəzər" TV-də yayımlanan "Səni axtarıram” verilişində Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığı haqda açıqlamalarına görə proses davam edir. Müğənni X.Hidayətqızına qarşı Nərimanov rayon Məhkəməsində şərəf-ləyaqətin alçaldımasına görə iddia qaldırıb. İddiada qeyd olunub ki, Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilib, təhqir edilmiş Ayselin şəxsi və ailə həyatı ilə bağlı məlumatlar razılığı olmadan yayımlanıb. X. Hidayətqızı Ayselə efir vasitəsi ilə müraciət edib və studiyaya gəlib özünün şəxsən yaşananlarla bağlı açıqlama verməsini istəyib.
"Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver. Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm”. Veriliş aparıcısı səsi olmayan müğənnilərin efirə buraxılmasının doğru saymadığını deyərək, uşaqların onlara baxıb pis örnək götürdüyünü bildirib.
Turanə "Yetim” ləqəbli ərinin müğənni Aysel ilə sevgi yaşadığını və ona "Porshe” markalı lüks avtomobil aldığını söyləyib. Həmçinin Turanə həyat yoldaşı Elçin Nəcəfovun avtosalonlara malik olduğunu və tikinti işi ilə məşğul olduğunu dilə gətirib.
İddiaçı tərəf məhkəmədə vəsatət qaldıraraq A.Əlizadə barədə həmin televiziyada hər hansı sujetin, eyni zamanda aparıcı X.Hidayətqızının danışmasına qadağa olunmasını istəyib. Məhkəmədən xahiş edilib ki, iş mahiyyəti üzrə baxılıb bitənə kimi qadağa davam etsin. Məhkəmə iddiaçı tərəfin vəsatətini təmin edib.
Xatırladaq ki, "Xəzər TV” MMC-nin rəhbəri ölkə prezidentinin köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənlidir. (Criminal.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu