Qənirə Paşayeva: "Mandatımı heç vaxt girov qoymaram"




“Mandatımı heç vaxt girov qoymaram, çünki bu mənim yox, seçicilərimin vəsiqəsidir, minlərlə seçicimin etimadıdır”.



Bu sözləri İTV-də yayımlanan "3D” proqramında millət vəkili Qənirə Paşayeva deyib.

O deyib ki, deputat maaşı ona bəs edir və saat, ayaqqabı, geyim hansı markadan olması onun üçün önəmli deyil:

“Bahalı əyləncə yerlərinə, istirahətlərə heç vaxt getmirəm. Ona görə yetərlidir. Millət vəkillərinin maaşları bəllidir. Bu maaşların üzərindən onlara sosial mediada xoş olmayan ifadələr yazılır. Öz adımdan deyə bilərəm ki, aldığım məvacibin yarısından çoxu seçicilər, kasıb ailələrin müalicə, təhsil və digər haqları üçün ödəyirəm. Bəzən başqa qayğıları olur, dəstək istəyirlər. Əmin ola bilərsiniz ki, alınan maaşın hamısı özümüzə xərclənmir”. (BAKU.WS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu