“Azərişıq” işçiləri vətəndaşları şərləyir? - İDDİA




“Azərişıq” işçiləri vətəndaşları şərləməklə məşğuldurlar.



AFN xəbər verir ki, bununla bağlı narazılıqlar artmaqdadır. Vətəndaş Vəzirova Türkan bildirib ki, gecə saat 11-in yarısında qapısını döyən “Azərişıq” işçiləri ona sayğaca kənar müdaxilə etdiyini deyiblər: “Bu dəqiqə saat 22:30-dur, qapı döyülüb açmışam “Azərişıq”ın işçiləridir. Deyirlər ki, sayğaca gedən şunuru harasa birləşdirib qeyri-qanuni elektrik alırsan, sənə cərimə yazıram. Halbuki bunu elə özləri ediblər. Ödəniş qəbzi istədilər göstərdim. And içdim ki, xəbərim yoxdur. Deyirlər onda kimsə sizə düşmənçilik edir o edib. Deyirəm axı sizin işçiniz xəbərnaməni təzə verib, necə olub ki, görməyib bunu? Belə bir şey olsa qapını döyüb xəbərdarlıq edərdi, ya da işığı kəsib gedərdi. Deyirlər onun sayğacdan başı çıxmır, ona görə fikir verməyib. Mən qadın olaraq onu necə edə bilərəm axı?”
Maraqlıdır ki, gecənin həmin saatında olay təkcə T.Vəzirovanın başına gəlməyib. Onun sözlərinə görə, eyni anda onun qonşusuna da həmin irad bildirilib.
Məsələ ilə bağlı AFN-in sualını cavablandıran “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qurumun işçilərinin belə addım atacaqlarına qətiyyən inanmadığını bildirdi: “Ola bilsin kimsə işdən çıxarılıb, yaxud kimsə pul almaq xatirinə belə hərəkət edir. Dəfələrlə demişik, bir daha deyirəm kimin qapısını döysələr bizim əməkdaşların adından vəsiqəsini yoxlasınlar. Vəsiqə təqdim etmirsə heç bir narahatlıq yoxdur. Birinci dəfədir belə narazılıq eşidirəm ki, bizim əməkdaşlar kiminsə sayğacına müdaxilə edir, kənar xətt qoşur. Bu mümkün də deyil. Çünki xüsusilə Bakıda müdaxilə mümkün olmayan kabellərlə əvəz edilib xətlər. Yaxşı olar ki, belə hallar olarsa bizə müraciət edilsin və köməkli araşdıraq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu