Deputatlığa namizəd qazilər və şəhid ailələrinin üzvləri ilə görüşüb - FOTOLAR




Deputatlığa namizəd qazilər və şəhid ailələrinin üzvləri ilə görüşüb



120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd, şəhid övladı, jurnalist Zaur Əhməd oğlu Məmmədov (Zaur Əhməd) təşviqat kampaniyasını davam etdirir.

Reyting.az-ın məlumatına görə, Zaur Məmmədov bu gün cəbrayıllı döyüşçülər, qazilər, şəhid ailələrinin üzvləri ilə birgə Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirin təşkilatçıları isə qazilər və şəhid ailələrinin üzvləri olub.

Tədbirə daha çox Qarabağın azadlığı, hərbi vətənpərvərlik ruhunda çıxış edənlər, şəhid övladı Zaur Məmmədovun deputat seçilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini bildiriblər.

Zaur Məmmədov isə tədbir təbirin təşkilatçılarına və onu dəstəkləyən digər şəxslərə təşəkkür edib:

“Qarabağ qazisi Kənan Babayev başda olmaqla, həm digər müharibə iştirakçıları, həm də şəhid ailələrinin üzvləri mənə dəstəklərini əsirgəmirlər. Buna görə hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, tədbir iştirakçıları Z. Məmmədovun atasının, digər şəhidlərimizin və naməlum əsgərin məzarını ziyarət ediblər. Qarabağ qaziləri bildiriblər ki, şəhid qardaşımız Əhməd Məmmədovun oğlu Zaur Məmmədova dəstək olacağıq.

Müxtəlif ərazilərdən Sumqayıtdakı Şəhidlər Xiyabanına gələn tədbir iştirakçıları deputatlığa namizədi yaşadıqları ərazidə də seçicilərlə görüşə dəvət ediblər.

Tədbir iştirakçılarına təşəkkür edən Z. Məmmədov tezliklə belə bir görüşə başlayacaqlarını bildirib:

“Şəhidinə, onun əmanətinə sahib çıxan qədirbilən camaatımız üçün hər yükün altına girməyə dəyər. Var olun, əziz cəbrayıllılar, qəhrəman döyüşçülərimiz! Bir daha şəhid oğlu olmaqdan, Sizin kimi vətən oğulları ilə bir yerdə olmaqdan qürur duydum".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu