Şikayət olunan dairələrin - tam SİYAHISI+YENİLƏNİB




Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.



Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

Bu dairələrin liderlərinin əksəriyyəti 4,5,6-cı çağırış deputat seçilənlərdir:

10 saylı Binəqədi: Madər Musayev (partiyasız)

11 saylı Qaradağ: Aydın Hüseynov (YAP)

14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)

15 saylı Yasamal: Ülvi Quliyev (partiyasız)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (partiyasız)

28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız)

42 saylı Sumqayıt: Tahir Mirkişili (YAP)

45 saylı Abşeron: Oqtay Əsədov (YAP)

57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)-

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP)

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (YAP)

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı (partiyasız)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (partiyasız)

79 saylı İmişli seçki dairəsi Razi Nurullayev (bitərəf)

81 saylı Beyləqan: Şahin İsmayılov (YAP)

91 saylı Ucar seçki dairəsi Ramil Həsən (YAP)

92 saylı Zərdab-Ucar seçki dairəsi: Əliyeva Jalə Fazil

95 saylı Tərtər: Sahib Alıyev (partiyasız)

109 saylı Balakən: Nəsib Məhəməliyev (YAP)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (YAP)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (YAP) (Qafqazinfo)

***

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar daha 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.



APA-nın məlumatına görə, bu barədə bu gün MSK-nın iclasında qərar qəbul edilib.

Qərara əsasən, 10 saylı Binəqədi Üçüncü (lider namizəd Madər Musayev), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov) 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 92 saylı Zərdab- Ucar (Jalə Əliyev), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.



“Report” xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı, 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu