Azərbaycan Ağsaqqallar Şurasının yeni sədri kim olacaq?




"Ağsaqqallar Şurasına rəhbər təyinatı seçki yolu ilə keçirilməlidir. Hələlik Şurada bu barədə heç bir müzakirə aparılmayıb”.



Bunu modern.az-a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Sudeyif İmamverdiyev deyib. O qeyd edib ki, Şuranın mərhum sədri Fəttah Heydərovun postu hələlik boşdur:

"Rəhmətlik Fəttah müəllimin hələ qırxı çıxmayıb. Sədr seçməyə tələsmirik. Bu barədə müzakirə aparmaq tezdir. Şuraya yeni sədr seçki yolu ilə keçiriləcək, amma hələ ki heç bir seçki təyinatı müzakirə mövzusu deyil. Gəlin, bu barədə danışmağa tələsməyək”.

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib. Artıq bir aydır, Şuranın sədri postu boşdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu