Azərbaycanda qaz hasilatı 4 % artıb
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton neft, 7,3 milyard kubmetr qaz hasil edib.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bildirilir ki, ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə qaz hasilatı təqribən 4 % artaraq, 37,1 milyard kubmetrə çatıb.
Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub.