Bakı sakini özünü 18 mərtəbəli binadan atdı - VİDEO


Bakıda 27 yaşlı şəxs 8-ci mərtəbədən özünü atıb



Bakı şəhəri, Xətai rayonunda intihar edən şəxsin adı məlum olub.

Bu, Bakı sakini, 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğludur. O, yaşadığı Xudu Məmmədov küçəsində yerləşən 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

14:26

Bakıda naməlum şəxs özünü 18 mərtəbəli yaşayış binasından atıb.

“Report” xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində "TikMat" kimi tanınan binada qeydə alınıb.

Məlumata görə, həmin şəxs hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.


[media=https://youtu.be/bEBdCnVQudY]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu