ATV-nin keçmiş prezidentinə vəzifə verildi
![](https://hit.az/file/articles/2021/03/08/1615182553_untitled-1.jpg)
Pravda.az-ın əldə etdiyi məlumata görə, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir.
O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib.
Qeyd: 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.