Azərbaycan çay idxalını 18 % azaldıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 1 920 ton çay idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon ABŞ dolları (18,4 %) və 409 ton (17,5 %) azdır.
Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,45 %-ini təşkil edib.