Çin Yaponiyadan su məhsulları idxalını dayandırıb


Avqustun 24-dən Çin Yaponiyanın fövqəladə vəziyyətdə olan Fukusima atom elektrik stansiyasından radioaktiv suyun buraxılmasından sonra Yaponiyada istehsal olunan su məhsulları idxalını tamamilə dayandırıb.


Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi bildirib ki, 24 avqust 2023-cü il tarixindən Yaponiyada istehsal olunan su məhsullarının (yemək üçün istifadə edilən su heyvanları da daxil olmaqla) idxalını tamamilə dayandırmaq qərarına gəlib.

Yaponiyadakı Fukusima AES-dən çirklənmiş suyun axıdılması nəticəsində yaranan radioaktiv qida ilə çirklənmə riskinin qarşısını almaq üçün müvafiq tədbirlərin görüldüyü bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu