Yaponiya Fukusimadan radioaktiv tullantı sularını tezliklə axıdmağı planlaşdırır


Yaponiya Fukusima İn-Dai Atom Elektrik Stansiyasında yığılan radioaktiv tullantı sularını avqustun sonu və ya sentyabrın əvvəlində axıdmağı planlaşdırır.


Rəsmilər radioaktiv suyun boşaldılmasının dəqiq tarixinin avqustun 20-də Yaponiyanın baş naziri Kişida Fumionun ABŞ və Cənubi Koreya liderləri ilə Kemp Deviddə keçirəcəyi üçtərəfli görüşündən sonra müəyyən ediləcəyini bildirib.

Görüş zamanı bildirilib ki, Kişida ABŞ və Cənubi Koreya liderləri ilə ayrı-ayrılıqda görüşməyi planlaşdırır və orada tullantı sularının axıdılması planını açıqlayacaq.

Bildirilib ki, Kişida hökumətin Fukusima yaxınlığında tutulan dəniz məhsulları ilə bağlı müzakirələri cilovlamağa hazır olduğunu çatdırmaq üçün Balıqçılıq Federasiyasının rəhbəri ilə görüşməyi planlaşdırır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yekun hesabatında tullantı sularının axıdılmasının beynəlxalq təhlükəsizlik standartlarına uyğun olduğu bildirilsə də, Yaponiyada yerli balıqçıların və qonşu ölkələrin narahatlığı davam edir.

Yaponiyanın balıqçılıq sənayesi rəsmiləri Fukusima Dai-içidə toplanmış radioaktiv tullantı suyunun dənizə axıdılması planının “əleyhinə” olduqlarını bəyan ediblər.

Yaponiyanın tullantı sularının axıdılması planını Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sentyabrın əvvəlində Çində zirvə toplantısında elan etməsinə qədər təxirə sala biləcəyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu