Cənubi Koreya qida təhlükəsizliyi səbəbi ilə Fukusimadan dəniz məhsulları idxalına qadağa qoyub


Cənubi Koreya Yaponiyanın Fukusima İn-Dai Atom Elektrik Stansiyasında toplanmış radioaktiv tullantı sularının axıdılması səbəbindən qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar aradan qaldırılana qədər Fukusima əyalətindən dəniz məhsulları idxalını qadağan edəcək.


AFN.az "Yonhap"a istinadən xəbər verir ki, Cənubi Koreyada hakim Xalq Gücü Partiyasının (PPP) sözçüsü Yun Jae-ok bu barədə yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşdən sonra açıqlama verib. O, bildirib ki, Fukuşimadan dəniz məhsulları idxalı qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar aradan qalxana qədər qadağan olunacaq.

Ölkədə qida istehlakında təhlükəli vəziyyətin qarşısını almaq üçün hazırlanacaqlarını qeyd edən Yun qadağaların 10, 20, 30, 50, hətta 100 il davam etsə də fərq etməyəcəyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) fəaliyyətsiz elektrik stansiyasından radioaktiv tullantı sularının dənizə axıdılması planının təhlükəsizliyinə dair yekun hesabatını dərc edəcəyi gözlənilir.

Atom elektrik stansiyasındakı reaktorların soyuducu funksiyasını yerinə yetirən saf suda əmələ gələn radioaktiv maddələr Qabaqcıl Maye Emalı Sistemi (ALPS) sayəsində tritium materialı istisna olmaqla, parçalanır.

Yaponiyanın radioaktiv tullantı sularının axıdılması planına əsasən, tərkibində tritium elementi olan tullantı suları dəniz suyundan istifadə edilərək zərərsizləşdiriləcək.

Obyektin operatoru olan TEPCO, gündən-günə artan suyu dənizin altında çəkdiyi borularla elektrik stansiyasından bir kilometr aralıda okeana buraxacaq.

Tullantı sularının dənizə axıdılmasının iki il çəkəcəyi təxmin edilir.

Rəsmi cədvəl açıqlanmasa da, okeana təxliyə dövrünün bu ilin yayında başlayacağı açıqlanıb.

2011-ci ilin martında Fukusima Dai-İçi Atom Elektrik Stansiyasında reaktorda baş verən 9 bal gücündə zəlzələ və sunami nəticəsində yaranan nüvə çökməsi sızmaya səbəb olmuş və stansiyanın ətrafı evakuasiya zonası elan edilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu