Fukusimadan çıxan tullantı suları ilə qarışan dənizdə tritium konsentrasiyası limitdən aşağıdır
Cənubi Koreya bildir Yaponiyanın Fukuşimadan radioaktiv tullantı sularını axıtmağa başladıqdan sonra dəniz suyunda tritium konsentrasiyasının standart həddən aşağı olduğunu açıqlayıb.
"Yonhap"ın xəbərinə görə, Cənubi Koreya hökumətinin siyasət koordinasiya ofisi rəhbərinin müavini Park Ku-yeon, Qabaqcıl Maye Emalı Sistemi ilə radioaktivliyin azaldılması ilə buraxılan tullantı su ilə birlikdə okeana 246 milyard becquerel tritium buraxıldığını ifadə edbi.
"Atom elektrik stansiyasının 3 kilometrliyindəki sıxlıq standart həddən xeyli aşağı idi" - deyə Park bildirib.
Cənubi Koreyanın üç rəsmisi Beynəlxalq Atom Enerjisi Agentliyinin Fukusimadakı sahə ofisini ziyarət etmək üçün Yaponiyaya yola düşüb.
Səfər Cənubi Koreya prezidenti Yoon Suk-yeolun Yaponiyanın baş naziri Kişida Fumiodan Fukusimada tullantı sularının axıdılmasının monitorinqinə Cənubi Koreyalı mütəxəssislərin cəlb edilməsi xahişindən sonra həyata keçirilib.