İngiltərədən Yaponiyaya Fukusima dəstəyi


Böyük Britaniya Yaponiyada 2011-ci ildə baş verən zəlzələdən sonra sunami nəticəsində zədələnmiş Fukusima İn-Dai Atom Elektrik Stansiyasının radioaktiv tullantı suyunun okeana axıdılması qərarını dəstəklədiyini açıqlayıb.


İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Birləşmiş Krallıq Yaponiya hökumətinin qəbul etdiyi bu qərarı tam dəstəkləyir.

Bəyanatda Beynəlxalq Atom Enerjisi Agentliyinin elektrik stansiyasında təmizlənmiş suyun boşaldılmasının təhlükəsiz və standartlara uyğun olduğu bildirilir: "Biz tritiumun sulu boşalmasını da vurğulamaq istəyirik. Bu dünyada bütün nüvə sənayesində standart təcrübədir".

Qeyd edək ki, Yaponiya avqustun 24-də radioaktiv tullantı sularını okeana atmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu