Ərdoğanla Baydenin görüşü başa çatıb - YENİLƏNİB+FOTOLAR


NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başa çatıb.


Müzakirələr 45 dəqiqə davam edib. Təkbətək görüşdən sonra heyətlərarası görüş başlayıb.

***

NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başlayıb.


Görüşdəki əsas müzakirə mövzusu S-400-lər olacaq.

Türkiyənin Rusiyadan satın aldığı S-400 hava sistemlərindən sonra Türkiyənin F-35 proqramından çıxarılması, bunun ardınca yaşananlar müzakirə olunacaq.

Liderlərin görüşü mətbuata qapalı keçirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu