Ərdoğanla Makronun görüşü başa çatıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün NATO-nun Brüsseldəki qərargahında Fransa Prezidenti Emmanuel Makron ilə görüşü başa çatıb.


Görüş mətbuata qapalı və təxminən 52 dəqiqə davam edib.

Görüşdən sonra açıqlamalar verən Makron, “Ortaq strategiyaların aydınlaşdırılmasını vurğuladım. Ərdoğana NATO müttəfiqlərinin ortaq strategiyalarını izah etmələrinin lazım olduğunu təkrar etdim”,- deyə bildirib.

NATO Sammitinin əsas mövzuları arasında İttifaqın yaxın 10 il üçün yol xəritəsinə dair qərarlar, NATO-nun strateji konsepsiyası, Rusiya, Çinin yüksəlişi, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, kiber təhdidlər və Əfqanıstandakı NATO missiyasının sona çatması olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu