Müsəlman futbolçuların qarşısında pivə olmayacaq - UEFA-dan qərar

Fransa millisinin müsəlman futbolçusu Pol Poqbanın Avropa çempionatında mətbuat konfransı zamanı qarşısındakı masadan pivə şüşəsini götürməsi UEFA-nı bu barədə qərar verməyə məcbur edib.
“Qafqazinfo”nun məlumatına görə, qitə futbol qurumu qərar verib ki, bundan sonra Avro-2020 zamanı oyundan öncə və sonrakı mətbuat konfransında müsəlman oyunçuların qarşısında pivə şüşələri yer almayacaq.