AVRO-2024-də komandaların heyətlərində 26 futbolçu yer alacaq


AVRO-2024-də mübarizə aparacaq komandaların heyətlərindəki oyunçuların sayı 23-dən 26-ya qaldırılıb.



UEFA-dan verilən açıqlamada 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) komandaların heyətlərində ola biləcəyi maksimum oyunçu sayının 23-dən 26-ya qaldırılmasına qərar verildiyi bildirilib.

Bildirilib ki, komandalar iyunun 7-dək heyət siyahılarını UEFA-ya təqdim etməlidir.

Qeyd edək ki, AVRO-2024 14 iyun - 14 iyul tarixlərində Almaniyada keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu