Avropa İttifaqı Komissiyasından Avropa müdafiə sənayesinə 500 milyon avro dəstək
Avropa İttifaqı Komissiyası silah-sursat istehsal gücünü artırmaq üçün Avropa şirkətlərinə 500 milyon avro maliyyə ayıracağını açıqlayıb.
Komissiyadan verilən açıqlamada Sursat İstehsalına Dəstək Aktı (ASAP) çərçivəsində Avropa müdafiə sənayesinə 500 milyon avro veriləcəyi bildirilib.
“Bu, Avropa müdafiə sənayesinə 2025-ci ilin sonuna qədər döyüş sursatı istehsal gücünü ildə 2 milyon mərmiyə çatdırmağa imkan verəcək”, - deyə məlumatda bildirilir.
Aİ Komissiyası 2023-cü ilin mayında Ukraynaya döyüş sursatının tədarükünü artırmaq və sürətləndirmək üçün ASAP təklifini təqdim edib.
Qeyd edək ki, bu kontekstdə 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi verilməsi hədəfinə nail olunmayıb.