Aİ ölkələri və Avropa Parlamenti döyüş sursatı istehsalına 500 milyon avro ayırmağa razılaşıb


Avropa İttifaqı ölkələri və Avropa Parlamenti Aİ-nin müdafiəsini gücləndirmək və Ukraynaya kömək etmək üçün sursat istehsalının artırılması ilə bağlı təcili olaraq 500 milyon avro ayrılması istiqamətində razılığa gəlib.


"Bu, Aİ-nin Ukraynanı dəstəkləmək, Aİ-nin müdafiə, texnoloji və sənaye bazasını gücləndirmək və son nəticədə Aİ vətəndaşlarının uzunmüddətli təhlükəsizliyini və müdafiəsini təmin etmək üzrə sarsılmaz öhdəliyinin daha bir sübutudur", - İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.

Bununla belə, Aİ Şurasına sədrlik edən İspaniyanın səlahiyyətliləri qeyd ediblər ki, bu saziş hələ də Aİ ölkələri və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. AP aydınlaşdırır ki, prosedur heç bir böyük maneə ilə qarşılaşmamalı və iyulun sonunda tamamlanmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu