Azərbaycanın stend atıcısı Tokio-2020-yə lisenziya qazandı


Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək.


Bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O bildirib ki, Cəfərov Beynəlxalq İdman Atıcılığı Federasiyasının qərarı ilə bu vəsiqəyə sahib çıxıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu