“Taliban” ölkəni ələ keçirməyə davam edir, hərbçilər Tacikistana qaçır


Son bir gündə 1000-dən çox Əfqan əsgəri "Taliban”la döyüşdükdən sonra Tacikistana çəkilib.


"Taliban” qrupunun NATO qoşunlarının geri çəkilməsi fonunda Əfqanıstan ərazilərini ələ keçirməyə davam etməsi haqda bu məlumatı Xovar Xəbər Agentliyi yayıb.

Tacikistanın sərhəd xidmətinə istinadən agnetlik 4 iyuldan 5-nə keçən gecə "Taliban”la döyüşlərdən sonra Əfqanıstandan 1037 əsgərin Tacikistan ərazisinə çəkildiyini yazır. İnsanların çoxu Xoruq şəhəri yaxınlığındakı sərhəd zastavasından (312 nəfər), həmçinin Darvoz bölgəsindəki sərhəddən (213) keçiblər.

Qeyd olunur ki, "Taliban” artıq Əfqanıstanın 40%-nə nəzarət edir. Onlar Bədəxşan vilayətində doqquz rayon və Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətində iki bölgə, biri ölkənin şərqində Paktia, digəri də Cənubi Qəndəhar vilayətində olmaqla yüzlərlə bölgəyə nəzarəti əılə alıblar. Ölkə hökuməti artıq milli səfərbərlik elan edib və könüllülərə silah paylamağa başlayıb.

Əlavə edirik ki, ABŞ başda olmaqla NATO ölkələri 1 may tarixindən hərbi qulluqçularını ölkədən çıxarmağa başlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu