Əfqanıstan ordusu son sutkada 455 yaraqlını məhv edib


Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bölmələri son bir gündə 455 “Taliban” yaraqlısını məhv edib, 232 nəfər yaralanıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi Tvitterdə bildirib.


"Ordu, Nanqarhar, Paktia, Paktika, Loqar, Qəndahar, Herat, Faryab, Cauzcan, Bəlx, Samanqan, Gilmend, Taxar, Kunduz, Baqlan və Kapisa əyalətlərində şiddətli döyüşlər aparır. Əfqanıstanın üçüncü ən böyük yaşayış məntəqəsi olan Herat şəhərində qarşıdurma davam edir. “Taliban” şəhərinin mərkəzi məhəllələrinə daxil olub. Xüsusi təyinatlı birləşmələri Herata yerləşdirilib", - məlumatda vurğulanır.

Xatırladaq ki, Qərb koalisiyası qoşunlarının geri çəkilməsi fonunda "Taliban" Əfqanıstanın beş ölkə - İran, Tacikistan, Türkmənistan, Çin və Pakistanla sərhədlərdəki əraziləri nəzarətə götürüb. Əfqanıstan Silahlı Qüvvələrinin yeni komandanı, general Vəli Məhəmməd Əhmədzayın sözlərinə görə, ordu üçün prioritet ölkənin əsas şəhərlərini, sərhəd keçidlərini və avtomobil yollarını taliblərdən qorumaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu