Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib


Əfqanıstan-Pakistan sərhədində Torxam keçid məntəqəsi yaxınlığında silahlı toqquşmalar baş verib.


AFN.az xəbər verir ki, bu haqda "Hasht-e Subh" qəzeti Əfqanıstanın Nanqarhar əyalətindəki mənbələrə istinadən yazıb. Məlumata görə, Taliban və Pakistan sərhədçiləri arasında atışmalar səhər tezdən başlayıb. Qeyd olunur ki, qarşıdurma Taliban nəzarət-buraxılış məntəqəsini nəqliyyatın hərəkətinə bağladıqdan sonra başlayıb.

Əfqanıstanın "TOLONews" telekanalı da münaqişənin əfqan qoşunlarının Pakistan hərbi bazasına yaxınlaşmasından sonra baş verdiyini bildirib. Media bildirir ki, Taliban rəsmiləri Torkham keçid məntəqəsini “sonrakı xəbərdarlığa qədər” bağlamaq qərarına gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu