İran-Əfqanıstan sərhədində atışma başlayıb


İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində silahlı toqquşma başlayıb.


APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu Sistan və Bəlucistan əyalətinin Hilmənd rayonunun rəhbəri Meysam Barazande bildirib.

Sərhəddə atışma davam edir.

Meysam Barazande silahlı toqquşma nəticəsində mümkün tələfatın hazırda dəqiqləşdirildiyini söyləyib.

Qarşıdurmanın səbəbi açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu