Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verilib
Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.
AFN.az xəbər verir ki, məsələ ilə bağlı Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi twitter hesabında açıqlama verib. Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam etdiriləcəyini bildirib.
Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar.
Bundan əvvəl isə Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri Talibana təhvil verilib.
Qeyd edək ki, digər dünya dövlətlərində fəaliyyət göstərən Əfqanıstan səfirliklərində əvvəlki Əfqanıstan hökuməti tərəfindən təyin edilmiş diplomatlar hələ də var.
Dünyanın heç bir ölkəsi indiyədək Taliban administrasiyasını rəsmən tanımayıb. Taliban Əfqanıstanda 2021-ci il avqustun 15-də hakimiyyətə gəlib.