“Taliban” təhlükəsizlik qüvvələrinin 80 əməkdaşını sərbəst buraxdı


“Taliban” hərəkatının nümayəndələri Əfqanıstanın şimal-qərbində yerləşən Faryab əyalətində girov götürülmüş təhlükəsizlik qüvvələrinin 80 əməkdaşını sərbəst buraxıb.


Bu barədə “Qafqazinfo” Əfqanıstanın “Pajhwork” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, avqustun 15-də “Taliban” yaraqlıları döyüşsüz Kabilə daxil olub və bir neçə saat ərzində Əfqanıstanın paytaxtında nəzarəti ələ keçirib. Qan tökülməsini istəməyən Prezident Əşrəf Qani ölkəni tərk edib. Bir sıra dövlətlər öz vətəndaşlarını və səfirlik əməkdaşlarını təxliyyə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu