Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - əvəzləndilər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev qurumun Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovu və Dövlət Avtomobil Nəqliyyat xidmətinin rəisi Həbib Həsənovu vəzifələrindən azad etməyə hazırlaşır.


Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, artıq hər iki qurum rəhbəri məzuniyyətə göndərilib.

Dövlət Dəniz Agentliyinin direktor vəzifəsini qurumun direktor müavini Fərhad Məmmədova həvalə edilib. Bununla belə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis əvəzi funksiyasını isə yeni təyin olunan rəis müavini Anar Rzayev yerinə yetirir.

Xidmətin sabiq direktor müavini İbrahim Əliyevə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyində vəzifə verilib.

Qeyd edək ki, Qüdrət Qurbanov İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub. 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.

Həbib Həsənov isə sabiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin 08 may 2017-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu