Prezident onları sədr təyin etdi
Samir Şərifov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Xalid Əhədov Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Rövşən Nəcəf isə “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri təyin edildi.
AFN-in məlumatına görə, bu gün Prezident İlham Əliyev müvafiq sərəncamları imzalayıb.
Sərəncamlara əsasən 3 dövlət şirkətinin Müşahidə Şuralarının aşağıdakı tərkibi təsdiq edilib:
1.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
Müşahidə Şurasının sədri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Mətin Eynullayev – Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini
Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.
2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC
Müşahidə Şurasının sədri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.
3. “AzerGold” QSC
Müşahidə Şurasının sədri
Rövşən Nəcəf – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü
Müşahidə Şurasının üzvləri
Elçin Ağakişiyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini
İlham Pənahov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru
Samir Qurbanov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.