Azərbaycanda cərrah koronavirusdan öldü
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıb. Bildirilib ki, cərrah İzzət Abdullayev bu gün COVID-19-dan dünyasını dəyişib.
Qeyd edilib ki, həkim bir neçə gün əvvəl 70 yaşını qeyd edibmiş.
Xatırladaq ki, 20 avqust tarixində həkim Cahangir Qasımov da bu xəstəlikdən vəfat etmişdi.