Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO


Daha bir həkim koronavirusdan vəfat etdi -


Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.

ATU-dan saytımıza məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:

"Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu