Daha bir həkim koronavirusdan vəfat etdi




Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.


AFN qafqazinfo-ya istinadən xəbər verir ki, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb.

Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu