Gürcüstanda matəm elan olundu


Gürcüstanda oktyabrın 11-i matəm günü elan olunub.


Bu barədə Baş nazir İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq oktyabrın 11-də ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, ötən gün baş vermiş hadisə nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları davam etdirilir.

Faktla bağlı artıq 3 nəfər saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu